Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Nizami Mirfətəliyev həbs edilib.
Nizami Mirfətəliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu və 115 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov