6 Avqust 2016 19:52
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradag rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:14-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər