Yevlaxda qətl hadisəsi baş verib.
Teleqraf.com-un APA-ya istinadən xəbər verir ki, Səbuhi adlı ofisiant işlədiyi çay evinin sahibini münaqişə zəminində bıçaqlayaraq öldürüb. Məlumata görə, hadisə yerinə gələn Yevlax rayon polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsi yaxalayıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.