15 Avqust 2016 15:38
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

X.İsmayılova bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. (APA)


Müəllif:

Oxşar xəbərlər