Gənc fəal Bəxtiyar Hacıyev Yasamal rayon Məhkəməsinə aparılıb.
Bu barədə Trend-ə B.Hacıyev məlumat verib. O bildirib ki, Yasamal rayon Polis İdarəsində ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal rayon Məhkəməsində B.Hacıyevin işi üzrə keçirilən məhkəmə prosesində onun vəkili Cavad Cavadov vəsatət qaldıraraq hadisə zamanı ərazidə olan müşahidə kameralarının kadrlarının nümayiş olunmasını istəyib. Vəsatət təmin olunub. Prosesdə elan olunub ki, sabah məhkəmə prosesində müşahidə kameralarının kadrları nümayiş olunacaq.
Xatırladaq ki, B.Hacıyev dünən Yasamal rayon Dövlət Yol Polisinin 99 YP 403 dövlət nömrə nişanlı avtomobili tərəfindən saxlanılıb və ona qayda pozması barədə məlumat verilərək avtomobili cərimə meydançasına aparılıb. Bu gün səhər saatlarında isə B.Hacıyevlə həmin avtomobili idarə edən yol polisi arasında mübahisə yaranıb və o, saxlanılaraq Yasamal rayon P