Göygöl rayon sakini bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə Göygöl rayon Hacıməlikli kənd sakini, 1975-ci il təvəllüdlü Mədət Şirinov qarın nahiyəsinin çoxsaylı kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
M. Şirinov dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. M. Şirinovun özü özünə bıçaq xəsarətləri yetirdiyini söyləyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.