Şəmkirdə qadın ərinə sevgi etirafı edən qohumunu bıçaqlayıb.
Ailəli kişiyə yazdığı mesaj 25 yaşlı rayon sakininə baha başa gəlib.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə qadın həmcinsi olan yaxın qohumunu bıçaqlayaraq xəstəxanalıq edib. Hadisə rayonun Sarıtəpə kəndində baş verib. 28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində 25 yaşlı Məleykə Allahverənovanı bıçaqla yaralayıb.
Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat edilib. Həkimlər tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsini davam etdirən qadının vəziyyətini ağır qiymətləndirirlər.
Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb.
Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.