Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Babək prospekti 24 ünvanının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Muxtar Məmmədov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Muxtar Məmmədovun həyatını xilas etmək mümkün olub. Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.
Muxtar Məmmədovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov