Türkiyənin Antalya şəhərində Rövşən Lənkəranskinin qətli ilə əlaqədar kriminal avtoritetlərin "sxodka"sı keçirilib.
Teleqraf.com rosbalt.ru-ya istinadən xəbər verir ki, toplantı iştirakçıları Lənkaranskinin ölümünə görə qisas alacaqlarını bildiriblər.
Məlumatlara görə, "sxodka"da Rövşən Lənkəranskiyə yaxın avtoritetlər iştirak ediblər: "Onlar arasında Rövşənin klanına daxil olan və İtaliyada həbs müddətini başa çatdıran Merab Canqveladze (Merab Suxumski), Merab Baxiya (Baxa-Baxa), Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Koba Axvlediani (Koba Suxumski) və Zurab Dqebuadze (Zura Zuqdidski) olub. "Sxodka" zamanı Rövşən Lənkəranskinin ölümünün təşkilatçıları və icraçılarına ölüm hökmü çıxarılıb.
Qeyd edək ki, Rövşən Caniyev avqustun 17-də İstanbulda qətlə yetirilib.
Hazırda Lənkəranskinin ölümü ilə bağlı kriminal aləmdə iki versiya səslənir. Birinci versiya Zaxari Kalaşov və yaxınları tərəfindən irəli sürlüüb. Onların fikrincə, Lənkəranskini kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) öldürüb. Digər versiyada isə qətlin Laşa Şuşanaşvili tərəfindən törədildiyi deyilir.
Elvin