Bakının Sabunçu rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.
Daha bir hadisə Masallı rayonunun Təkdam kəndində qeydə alınıb. 3 yaşlı Fatimə Quliyevanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov