31 Avqust 2016 16:00
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri gəlməyib.

Hakim bildirib ki, vəkillərin iştirakı olmadan məhkəmə prosesi davam etdirilə bilməz. Bu səbəbdən proses sentyabrın 1-dək təxirə salınıb.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Ceyhun İmamverdiyev ifadə verib.

Ceyhun İmamverdiyev bildirib ki, hadisə günü idarədə müşavirə keçirilib. Onun sözlərinə görə, Nardaranda Taleh Bağırovun hakimiyyət çevrilişi ilə bağlı silahlı dəstə yaratması barədə məlumat əldə edilib: “Saat 13.00 radələrində Nardarana getdik. Mən qapıdan keçdim, iki nəfər isə hasardan içəri aşdı. Biz içəri daxil olanda atışma başladı. Mənim zirehli gödəkcəm olduğuna görə güllə bədənimə dəymədi, xəsarət almamışam. Hadisə zamanı Zakir Mustafayevlə Fərhad Babayev əllərində qumbara və xəncər hasardan aşıb qaçdılar. Həmin zaman orada əlində xəncər olan Etibar İsmayılovu zərərsizləşdirdim”.

Daha sonra o prokurorun və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, hal şahidlərini qrup rəhbəri dəvət edib və həmin evə birlikdə gediblər. Hadisə zamanı yaralanan şəxslərə isə ilkin tibbi yardım göstərilib, onlar xəstəxanaya aparılıblar.

Proses günün ikinci yarısında davan edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər