2 Sentyabr 2016 11:40
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ölkə ərazisində bir gündə baş verən ağır yol-nəqliyyat hadisələri barədə açıqlama yayıb. Teleqraf.com xəbər verir ki, yol nəqliyyat hadisələrindən biri Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.

Qəsəbə sakini Murad Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Həsənovu vurub. Piyada hadisə yerində ölüb.

Daha bir yol qəzası Qobustan rayonunun Bədəlli kəndində qeydə alınıb. Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb.

Oxşar hadisə Şirvan şəhərində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Füzuli Nəcəfov vurulub. O, xəstəxanaya yerləşdirilib.

Binəqədi rayonu ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hacı Zeynalov


Müəllif: