2 Sentyabr 2016 18:33
2 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində banklardan birinə məxsus bankomatdan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Məmməd Əmin Rəsulzadə küçəsində quraşdırılan bankomata qaynaq aparatı ilə müdaxilə edərək içindəki 43 min manat oğurlanıb.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün əməliyyat tədbirləri görürlər. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər