Neftçala rayonunun Qazaxbərəsi kəndinə kəsim üçün inək almağa gedən Salyan rayonu, Arbatan kənd sakini, 21 yaşlı qəssab Dadaşov Fərahim Fəlahət oğlu döyülərək xəstəxanaya düşüb.
Virtualaz.org-a bildirir ki, onu heyvan sahibləri döyüblər. Gənc qəssab sağ-təpə nahiyəsinin əzilməsi və sağ-göz nahiyəsinin xəsarətləri diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.