5 Sentyabr 2016 20:00
4 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnarə Zeynalova 1 mart 2014-cü ildə, saat 01.00-da gəlir əldə etmək məqsədilə yetkinlik yaşına çatmayan Sahibə Həsənovanı (ad və soyad şərti verilib) fahişəliyə məcbur edib.

30 manatlıq cinayət

O, Sahibə Həsənovanı Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən “Şok” marketin qarşısında müştəri Rüstəm Rüstəmova (ad və soyad şərti verilib) cinsi əlaqədə olmaq üçün verib. O, bunun müqabilində Rüstəmdən 30 manat alıb.

Elnarə Zeynalova Rüstəmdən aldığı pulun 20 manatını fahişəliyə cəlb etdiyi Sahibə Həsənovaya verib, qalanını özü götürüb.

Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə

Bu əməlinə görə Elnarə Zeynalova Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham edilib. Onun cinayət işi Abşeron Rayon Məhkəməsində araşdırılıb.

Elnarə Zeynalova bildirib ki, xidmətçi işlədiyi və fahişəlik etdiyi kafelərin birində imkansız olduğu üçün fahişəlik edərək pul qazanan Sahibə Həsənova ilə bir il əvvəl tanış olub.

“Pul müqabilində cinsi əlaqədə olmuşam”

Sahibə Həsənova bildirib ki, 2009-cu ildən Bakı şəhərinin kafe və restoranlarında xidmətçi işləyib: “Bir müddətdən sonra həmin kafe və restoranlarda tanış olduğum kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmaq üçün müxtəlif əxlaqsızlıq yuvalarına getmişəm. Orada tanış olduğum kişilərlə pul müqabilində cinsi əlaqədə olmuşam. Elnarə ilə adını çəkmək istəmədiyim bir kişi tanışımız vasitəsilə tanış olmuşam”.

3 il 6 ay cəza və 3 min manat cərimə

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elnarə Zeynalova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 3 min manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan Elnarə Zeynalova apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elnarə Zeynalovanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlham Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Bəraət hökmü

Hakimlər kollegiyası Elnarə Zeynalovanın apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, Elnarə Zeynalovanın əməlində Cinayət Məcəlləsinin 271.1-ci maddəsinin tərkibi olmayıb.

Bu səbəbdən məhkəmə Elnarə Zeynalovanın barəsində bəraət hökmü çıxarıb. Məhkəmə Elnarə Zeynalovanın barəsində olan həbs qəti imkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının hökmündən dövlət ittihamçısı Zəfər Ramazanov kasasiya protesti verib. Dövlət ittihamçısı hökmün ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edib.

Dövlət ittihamçısının kasasiya şikayəti Ali Məhkəmədə araşdırılıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər