6 Sentyabr 2016 18:40
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rufan Ağcabəyov 13 il, Vladimir Marfin isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir antiterror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Vladimir Marfin 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər