7 Sentyabr 2016 14:24
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də İrəvanda polis binasının bəzi silahlılar tərəfindən tutulması Ermənistan kriminal aləmini parçalayıb.

Teleqraf.com mzk1.ru saytına istinadən xəbər verir ki, bəzi kriminal avtoritetlər həmin silahlılar haqqında ölüm hökmü çıxarıblar. Onlar arasında 46 yaşlı "vor zakon" Gevork Melikyan (Gevorik Oşakanski), 48 yaşlı Andranik Soqoyan (Zap) və 43 yaşlı Suren Avetisyan (Suro) da var.

Onlar istintaq komitəsinə təziq göstəriblər ki, silahlılarla bağlı ölüm hökmü çıxarılsın. Ancaq kriminal aləmin digər iştirakçıları Rafael Xoyetsyan (Afo), Samvel Arutyunyan (Samo), Aleksandr Makaryan (Alo) və Norayr Piloyan (Konço) bu qərara qarşı çıxıblar. Onlar kriminal aləmin iştirakçılarının niyə siyasətə qarışdıqlarını aydınlaşdırmağa çalışıblar. Məlum olub ki, ilkin olaraq adı çəkilən və silahlıların ölümün tələb edən mafiya başçıları təhlükəsizlik işçiləri ilə anlaşma əldə ediblər: "Anlaşmaya görə, kriminal avtoritetlərin həmin silahlılara ölüm hökmü çıxarmaqları qarşılığında polis bir müddət kriminal aləmin iştirakçılarına toxunmayacaqdı".

Samir


Müəllif:

Oxşar xəbərlər