8 Sentyabr 2016 18:01
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müslüm Tarverdiyev ifadə verib.

Müslüm Tarverdiyev bildirib ki, təqsirləndirilən Şamil Abduləliyevi zərərsizləşdirib. Onun sözlərinə görə, Şamil Abduləliyevin əlində bıçaq və beşbarmaq olub: “Şamili yerə yıxanda cibində qumbara aşkarlandı”.

Müslüm Tarverdiyev qeyd edib ki, əməliyyatda cəmi 20 polis iştirak edib.

Məhkəmə sentyabrın 14-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Abbas Hüseynov çıxış edib.

O bildirib ki, ötən iclasda zərərçəkmiş qismində ifadə verən Şahlar Cəfərova ayaqqabı atdıqları üçün onlara töhmət verilib. Hakim isə bunun məhkəmənin göstərişi olmadığını deyib. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Daha sonra zərərçəkmiş qismində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Vüqar İsgəndərov ifadə verib. O, bildirib ki, Nardaranda əməliyyatdan əvvəl namazın başa çatmasını gözləyiblər: “Hadisə zamanı atışmadan sonra partlayış baş verdi. Orada Əli Nuriyevi zərərsizləşdirdim. Onun üzərindən bıçaq, beşbarmaq, partlayıcı maddə çıxdı”.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər