11 Sentyabr 2016 22:13
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda intihar hadisəsi qeydə alınıb. Hadisə rayonun Veyisli qəsəbəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığındakı meşədə özünü asaraq intihar edib.

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qızı qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R. Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.(APA)


Müəllif:

Oxşar xəbərlər