Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini Asiman Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Asiman Səfərovun dostu Hüseyn Süleymanov tərəfindən bıçaqlandığı məlum olub.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Süleymanov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov