15 Sentyabr 2016 09:08
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Ismayıllı rayonun Qaraqaya kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının tavanı 12 m2 sahədə və evə bitişik ümumi sahəsi 72 m2 olan talvarın dam örtüyünün yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: