15 Sentyabr 2016 21:36
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07:30 radələrindən etibarən yol polisi əməkdaşları təhsil müəssisələrini və ətraf ərazidəki avtomobil yollarını, piyada keçidlərini nəzarətdə saxlayır: "Hələlik paytaxt ərazisində tıxac yaranmayıb, yol polisləri yol ayrıcları və piyada keçidlərinə nəzarəti davam etdirir.

Paytaxtda cüzi sıxlıq yalnız təhsil müəssisələrinin ətrafında baş verir. Bu da gözləniləndir. Hazırda yol polisi əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, insanların rahat hərəkəti üçün tədbirlərini davam etdirirlər". V.Əsədov qeyd edib ki, hələlik paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verməyib.


Müəllif:

Oxşar xəbərlər