23 Sentyabr 2016 11:14
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən idarənin “Sınıq Körpü” gömrük postu ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.


Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində “İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: