Daşkəsəndə bıçaqlanma olub. APA-nın qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1971-ci il təvəllüdlü Mahir Əliyev qabırğaaltı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına daxil olub.
Dərhal əməliyyat olunan M. Əliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
M. Əliyevin dediyinə görə, o, özü-özünü bıçaqlayıb.
Daşkəsən rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.