26 Sentyabr 2016 08:25
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.


Müəllif: