27 Sentyabr 2016 17:29
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Sumqayıt şəhər sakini Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi Gülnaz Dadaşovanı münaqişə zəminində həmyerlisi Elman Əhmədovun döyərək qətlə yetirdiyini müəyyən edib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə hökm oxunub. Elman Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəlki prosesdə prokuror Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər