Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin apelyasiya şikayətləri və Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham ediliblər. Həmçinin Mehdi Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.
Mehdi Məmmədov Bakı şəhərində 56 min manata mənzil alıblar və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıblar. Cəmilə Məmmədova ilə Mehdi Məmmədovun arasında qeyri rəsmi ər-arvad münasibəti də olub.
Sonradan Cəmilə Məmmədova evin 56 min manata alındığı və ona 70 min manata satıldığını bilib. O, Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. Mehdigil ona evi verdiklərini və pulu qaytarmayacaqlarını deyib. Bu zaman Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi Cəmiləni döyüb. Cəmilə döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub.
Bundan sonra Cəmilə Mehdi Məmmədovanın və digər şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyev həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Məmmədov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan Mehdi Məmmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Bahəddin Ələkbərov və Camal Allahverdiyevin barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və hər iki şəxsə ittiham hökmünün çıxarılmasını istəyib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Mehdi Məmmədovun apelyasiya şikayəti, Baş Prokurorluğun apelyasiya protesti təmin edilməyib.
Hacı Zeynalov