10 Oktyabr 2016 01:29
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzalara səbəb olub. Teleqraf.com Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» xidmətinin kameraları vasitəsilə qeydə alınan həmin qəzaların görüntülərini təqdim edir.


Görüntülərdən aydın olur ki, birinci qəzada taksi sürücüsü Neftçilər prospektində – Dəniz Vağzalının qarşısında hərəkət edərkən manevr qaydalarını pozur. Sürücü sağdan hərəkət edən nəqliyyat vasitələrinə əhəmiyyət vermədən bir neçə zolağı kəsərək sağa çıxır. Bu zaman düzünə hərəkət edən avtomobillə toqquşma baş verir.

Digər qəza isə avtobus dayanacağında baş verir. Dayanacaqda dayanıb müştəri gözləyən taksi yola çıxarkən dayanacağa daxil olan avtobusla toqquşur. Qəza zamanı avtomobillərə cüzi ziyan dəysə də, sözsüz ki, burada günah taksi sürücüsündədir. Birincisi, avtobus dayanacağında onun nə işi var? İkincisi isə hərəkətə başlayarkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə yol vermək lazımdır. Bu sürücü isə nəinki yol verir, o boyda avtobusun yaxınlaşdığını deyəsən, görmür…
\Avtosfer.az\


Müəllif:

Oxşar xəbərlər