Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzıuqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayrovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onlar şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslər vətəndaşın pulunu alaraq dələduzluq ediblər. Onlar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Hacı Zeynalov