Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Maşallah Əhmədovun anket məlumatları dəqiqləşdirilib.
Daha sonraMaşallah Əhmədov vəsatətlə çıxış edib. O bildirib ki, ibtidai istintaq zamanı işinə düzgün baxılmayıb. İstintaqın gedişində hüquqları pozulub və işi düzgün hüquqi qiymət verilməyib. Maşallah Əhmədov işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.
Hakim bildirib ki, bu vəsatətə məhkəmə istinintaqı zamanı baxılması mümkündür: "Hazırda işin məhkəmə baxışına verilməsi məsələsinə baxılır".
Maşallah Əhmədovun vəsatəti baxılmamış saxlanıb.
Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.
Binəqədi rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Hacı Zeynalov