Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqdirləndirilən 1990-cı il təvəllüdlü Cəfər Ağayevin məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Cəfər Ağayevin cinayət işi üzrə hazırlıq iclası olub.
Proses pktyabrın 20-nə təyin olunub.
İttihama görə, qətl hadisəsi 2016-ci ilin yanvarın 22-də Sumqayıtın Corat qəsəbəsində baş verib.
24 yaşlı Səbinə Salayeva bıçaq zərbələri ilə Cəfər Ağayev tərəfindən qətlə yetirilib. O, Səbinə Salayevaya 26 bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan qatil polis əməkdaşları tərəfindən saxlanılıb.
Əvvəllərdə məhkumluq həyatı yaşayan Cəfər Ağayev qətlə səbəb kimi mərhumun onu sevməməsini göstərib.
Hacı Zeynalov