13 Oktyabr 2016 15:23
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşlarının əməliyyatı zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar.

İlkin dindirilmə zamanı məlum olub ki, dəstənin başçısı əvvəllər məhkum olunmuş Yasamal rayon sakini 18 yaşlı Hikmət İsgəndərov Əli Bədəlov və Fuad Süleymanova qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.

Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Saxlanılan Hikmət İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin cinayət işinin tam sübuta yetirildiyini bildirib.
O, Hikmət İsgəndərovun 10 il, Qafar Bağırbəyovun 12 il, Rauf və İbadulla Əlimuxtrovların isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib.

Vəkillər təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrinin məhkəmə tərəfindən nəzərə alınmasını, onlata yüngül cəza təyin olmasını xahiş ediblər. Daha sonra təqsirləndirilən şəxslər son söz demək üçün vaxt istəyiblər.

Növbəti proses oktyabrın 20-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər