13 Oktyabr 2016 16:04
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə hökm sabah elan olunacaq.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən proses oktyabrın 10-da yekunlaşıb və həmin gün hakimlər hökmü müəyyən etmək üçün müşavirə otağına yollanıblar.

Prokuror Cahangir Hacıyevin 17 il, Yusif Ələkbərovun 11 il, Anar Sultanovun 8 il, İlqar Abdullayevin 8 il, İbrahim Hüseynovun 11 il, Kənan Orucovun 8 il, Məmməd Cahangirovun 8 il, Azad Cavadovunun 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər