19 Oktyabr 2016 09:19
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Mürsəlovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki “Yeni yaşayış massivində” baş verib.

1983-cü il təvəllüdlü Tahir Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən yolda dünyasını dəyişib.
Tahir Mürsəlov Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanıb.
Tahir Mürsəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məghkəməsinin hökmü ilə Tahir Mürsəlov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tahir Mürsəlov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Tahir Mürsəlovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər