Astara rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Astara rayon polis şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadə və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniya həbs edilib.
Onlardan 36 qram həşiş, 22,4 qram marixuana götürülüb.
Əhliman İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülüb.
Hacı Zeynalov