22 Oktyabr 2016 23:25
3 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ankara şəhərində bir qadın detektiv kimi çalışaraq aylardır itkin düşən 16 yaşlı qızını masaj salonunda tapıb.

Teleqraf.com-un "Hürriyet"ə istinadən xəbərinə görə, gənc qızın narkotikə alışdırıldığı və "xüsusi müştərilərə" xidmət göstərməyə məcbur edildiyi öyrənilib. Masaj salonunda onlara gən qızın istismar edildiyi üzə çıxıb.

Xəbərə görə, lisey şagirdi olan 16 yaşlı E.Ç. adlı gənc qız bu il avqustun 17-də evdən çıxıb və bir daha geri qayıtmayib. Onun anası polis və prokurorluqa, eləcə də müxtəlif dövlət qurumlarına müraciət etsə də, bunun faydası olmayıb. Bundan sonra ana özü qızının axtarışına başlayıb. O, düz 70 gündən sonra qızının izinə düşüb və onu bir masaj salonunda tapıb.

E.Ç.-nın masaj salonunda narkotik alışdırıldığını və fahişəliyə cəlb edildiyini öyrənən ana qızını xilas etdikdən sonra bu cinayət barədə polisə xəbər verib. Polisə ifadə verən qız başına gələn dəhşətləri anladıb. O, masaj salonunda 14-18 yaşlarında onlarla qızın çalışdığını bildirib.

"İlk olaraq orada çalışan F.E. adlı kişi mənimlə zorla cinsi əlaqəyə girdi. Bu hadisədən sonra H.A. adlı qız yoldaşımın yanına getdim, o, mənə yardım edəcəyini deyərək bir masaj salonuna apardı. Oradan məni 3 ayrı masaj salonuna apardılar. Bu salonlarda işçilərin hamısı 14-18 yaşlarında qızlar idi. Məni davamlı şəkildə təhdid edir, "ailənlə görüşsən və ya polisi axtarsan səni və ailəni öldürərik" deyirdilər. Hətta hamilə olan yeniyetmə bir qızı da orada çalışmağa məcbur edirdilər. Mənə və orada məcburən işlədilən uşaqlara "şəkər", "mavi", "kəpənək", "qold" adlı narkotik həblər verirdilər.

E.Ç masaj salonlarında 14-18 yaşlarında qız və oğlanların müştərilərlə cinsi əlaqəyə məcbur edildiyini də vurğulayıb: "Xüsusi müştərilər çağrılırdı. Çox zəngin və tanınan müştərilər idilər. Çalışanlar 19 yaşına çatanda masaj salonundan küçəyə atılırdılar. Gecə yeniyetmə qız uşaqlarının fəryadını, ağlamalarını eşidirdim. "Edəcəksiniz, öldürərəm" deyərək, onları təhdid edirdilər. Hətta oğlanlar da ağlayırdılar".

Gənc qız 3 masaj salonunun və oranı işlədən 7 nəfərin adını da polisə açıqlayıb.

Qızın anası Y.A. isə "Hürriyet"ə bunları deyib: "Qızım psixoloji müalicə alır. Bu salonlarda uşaqları qorxudur, ölümlə təhdid edirlər. Bunlar uşaqdır, səslərini çıxara bilmirlər. Mən ölümü gözə alaraq qızımı qurtardım. Digər ailələr təhdidlər səbəbindən səsini çıxarmır. Türkiyənin paytaxtının mərkəzində bu rəzalət yaşanır. Oğlan və qız uşaqlarına narkotik verilir, fahişəliyə məcbur edilirlər. Bu uşaqları qurtarın".

Nihad


Müəllif:

Oxşar xəbərlər