Bakının Səbail rayonu ərazisində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Badamdar qəsəbəsində, “Yeni massiv” adlanan ərazidə qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Amil Babayev yaşadığı evdə qohumu ilə mübahisə edib. Mübahisə zamanı Amil Babayev qohumu tərəfindən döyülüb. Həmin şəxs Amilin baş nahiyəsinə taxta ilə bir neçə dəfə vurub.
Amil Babayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov