Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT