28 Oktyabr 2016 11:16
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nərman Əliyevin vəkili Adəm Məmmədov bildirib ki, müdafiə etdiyi şəxs Qarabağ müharibəsi veteranıdır. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

Nərman Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər