Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.
1989-cu il təvəllüdlü Ceyhun Hüseynov naməlum şəraitdə bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda həkim nəzarəti altında saxlanılan Ceyhun Hüseynovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.
Faktla bağlı Daşkəsən rayon polis şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov