Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirli bilinən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını oxuyub.
Daha sonra Nəriman Əliyev ifadə verən zaman özünü təqsirli bilməyıb. O, günahsız olduğunu deyib.
Proses noyabrın 8-də davam edəcək.
Nərman Əliyev Bakıxanov qəsəbəsindəki “Şəhriyar” şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.
Hacı Zeynalov