Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Tural Allahverdiyev 13 il 6 ay azadlıqdan məhrum edilib.
Mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.
Müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olub. O, tullantılar arasından topladığı butulka və əlvan metalları Məkan Rüstəmova satırmış.
Beləliklə, Məkan Rüstəmovun Tiral Allahverdiyevə borcu yaranıb. Hadisə gün Tural Allahverdiyevlə Məkan Rüstəmov arasındakı münaqişə məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib.
Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış Tural bıçaqla Məkan Rüstəmovu 3 bıçaq zərbəsi ilə öldürüb.
Hacı Zeynalov