Bərdə rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.
Naməlum şəxslər Bakı şəhər sakini Vasif Abdulovla mübahisə edib. Mübahisə zamanı həmin şəxslərdən biri Vasif Abdulova atəş açıb. Ayaq nahiyəsindən xəsarət alan Vasif Abdulov xəstəxanaya yerləşdirilib.
Bərdə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti tötətməkdə şübhəli bilinən bilinən İlqar Əliyev, Bərdə rayon sakinləri Hüseyn Muxtarov, Zamiq Babayev və Rəşad Bayramov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov