Bakıda 2 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonunda yeddimərtəbəli, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.
Hər 2 mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.