3 Noyabr 2016 20:39
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənənlərdən daha bir nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında həmin hadisə ilə bağlı daha bir nəfər xəstəxananın qəbul şöbəsinə müraciət edib: "Müraciət edən şəxs 1991-ci il təvəllüdlü Məmmədova Cəmalə Zaman qızıdır. O həmin gün pomidor turşusu yediyini və hazırda özünü pis hiss etdiyini bildirib. C.Məmmədova xəstəxanaya yerləşdirilib və müalicə olunur.

Xatırladaq ki, C.Məmmədova hadisə nəticəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən və səhhəti ağır olan 5 yaşlı Cahid Məmmədovun anasıdır.

Qeyd edək ki, noyabrın 1-də axşam saatlarında Bərdə raynunun Xanərəb kəndində pomidor turşusundan zəhərlənən 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulub.


Müəllif:

Oxşar xəbərlər