4 Noyabr 2016 13:01
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nəsrulla Zaqidulinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nəsrulla Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2014-cü ilin dekabrın 24-də Səbail rayonunda Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.

İqor Samoylenkonun tanışı, Bakı şəhər sakini Nəsrulla Zaqidulin tərəfindən törədildiyi məlum olub. Hadisə zamanı mərhum sərxoş olub.

Məlum olub ki, hadisə söyüş üstündə baş verib. İqor Nəsrulla Zaqidulini söyüb. Təhqiredici söyüşlərə dözməyən Nəsrullada onu döyüb. İqor aldığı xəsarətdən ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Nəsrulla Zaqidulin tutulub.

Hacı Zeynalov


Müəllif: