Daxili İşlər Nazirliyi narkotiklərlə bağlı keçirilən əməliyyatla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətləri və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıblar.
Feyruz Novruzovdan 1,26 qram heroin, Natiq İsayevdən 1,32 qram, İsmayıl Yusifovdan 2,37 qram, Vüsal Əsgərovdan 1,515 qram, Şahmar Abdulovdan 1,375 qram və Vüqar Səlimovdan 1,960 qram tiryək aşkar edilib.
Nəsimi rayon Polis İdarəsi tərəfindən Vüqar Səlimovun və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus “Nəşriyyat evi”ndən 4200 manat, sentyabrın 26-da isə Nigar Köçərlinin müdir işlədiyi "Qanun" Nəşriyyatı MMC-yə məxsus ofisdən içərisində 13 min manat olan seyfi oğurladığı müəyyən edilib.
Vüqar Səlimov həmin nəşriyyatda çap şöbəsində işləyirmiş.
Hacı Zeynalov