8 Noyabr 2016 09:57
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Teleqraf.com xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsində, körpünün üstündə qeydə alınıb.

“Qələbə” dairəsi istiqamətindən hərəkətdə olan “BMW” markalı avtomobil “Mazda” markalı maşınla toqquşub. Baş verən qəza zamanı bir nəfər yaralanıb.

Yaralı Namiq Zülfüqarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: