10 Noyabr 2016 15:15
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitə əldə edib saxlamaqda təqsirli bilinən Qiyas İbrahimovun barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Qiyas İbrahimovun vəkili Elçin Sadıqov məlumat verib.

O, bildirib ki, 25 səhifəlik apelyasiya şikayətini Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edib: “Apelyasiya şikayətində Qiyas İbrahimova bəraət istəmişik”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas İbrahimov 10 il azadlıqdan məhrum olunub.


Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan onların cinayət işi ayrılıb.

Qiyas İbrahimov NİDA Vətəndaş Hərəkatının üzvü olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər