14 Noyabr 2016 14:46
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Cəfər Ağayevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Cəfər Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi 2016-ci il yanvarın 22-də Sumqayıtın Corat qəsəbəsində baş verib.

24 yaşlı Səbinə Salayeva bıçaq zərbələri ilə Cəfər Ağayev tərəfindən qətlə yetirilib. O, Səbinə Salayevaya 26 bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan qatil polis əməkdaşları tərəfindən saxlanıb.

Əvvəllər də məhkumluq həyatı yaşayan Cəfər Ağayev qətlə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

Hacı Zeynalov


Müəllif: